İsrail hərbi bazasına hücum edildi

 18:50 21.05.2024     236

İraqın İslam Müqaviməti təşkilatına mənsub şiə silahlı dəstələri İsrail ordusunun Qolan təpələrindəki bazasına hücum etdiklərini iddia edirlər.

Redaktor.az xəbər verir ki, bu barədə hərəkatın "Telegram" kanalında dərc olunan məlumatda deyilir.

Mətnə görə, hücum “Qəzzada Fələstin xalqına dəstək və İsrail tərəfindən uşaqlar, qadınlar və qocalar da daxil olmaqla, fələstinli mülki şəxslərə qarşı törədilən qırğınlara cavab olaraq pilotsuz təyyarələrdən istifadə edilməklə həyata keçirilib".

Turan İSMAYIL