Rusiya MN nüvə təlimlərinin Qərbin təxribatçı sözlərinə cavab olaraq keçirildiyini AÇIQLADI
Rusiya Müdafiə Nazirliyi qeyri-strateji nüvə silahlarının hazırlanması və istifadəsini sınaqdan keçirmək üçün təlimlərin görüntülərini nümayiş etdirib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya qeyri-strateji nüvə qüvvələrinin təlimləri Qərb rəsmilərinin təxribat xarakterli bəyanatlarına cavab olaraq həyata keçirilir, onlar cavab verməyə hazırlığı saxlamaq və ölkənin suverenliyini təmin etmək məqsədi daşıyır.
“Davam edən təlimlər qeyri-strateji nüvə silahlarının döyüş istifadəsi üzrə bölmələrin şəxsi heyətinin və texnikasının cavab reaksiyasına hazır vəziyyətdə saxlanılması və ayrı-ayrı Qərb rəsmilərinin Rusiya Federasiyasına qarşı təxribat xarakterli bəyanatlara və təhdidlərə cavab olaraq Rusiya dövlətinin ərazi bütövlüyü və suverenliyinin qeyd-şərtsiz təmin edilməsinə yönəlib", - deyə açıqlamada bildirilir.
Turan İSMAYIL