Ukrayna və Ermənistanın parlament sədrləri Cənubi Qafqazı müzakirə etdilər

 19:40 21.05.2024     247

Ukrayna və Ermənistanın parlament sədrləri Ruslan Stefançuk və Alen Simonyan arasında telefon danışığı olub.

Redaktor.az-ın Ukrayna mətbuatına istinadən xəbərinə görə, telefon danışığı zamanı Cənubi Qafqazda ümumi vəziyyət və təhlükəsizliklə bağlı fikir mübadiləsi aparılıb.

Söhbət əsnasında həmçinin hər iki ölkənin parlamentləri səviyyəsində əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.