Moskvada kütləvi dava zamanı atışma baş verdi, itkilər var

 21:53 21.05.2024     252

Atışma Moskvanın cənubunda 10-dan çox insanın iştirak etdiyi dava zamanı baş verib, itkilər olub.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a əməliyyat xidmətlərindən məlumat verilib.

“Medinskaya küçəsində 10-dan çox adamın iştirakı ilə dava olub, bu zaman iştirakçılardan biri ilkin olaraq atışmaya başlayıb”, - agentlik bildirib.

Hadisənin baş vermə şəraiti və səbəbləri müəyyənləşdirilir.

İlkin məlumatlara görə, hadisə iştirakçılarından bəziləri hadisə yerindən qaçıb, onların axtarışı aparılır.

Dava baş verən yer mühasirəyə alınıb, polis işləyir, orada bir neçə təcili yardım da var.

Yusif EYVAZLI