İki yaşlı qız itin hücumuna məruz qalaraq öldü

 22:20 21.05.2024     271

Başqırdıstanda iki yaşlı qız həyət itinin ona hücumu nəticəsində ölüb.

Redaktor.az "izvestiya"ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Respublika İstintaq İdarəsi özünün "Telegram" kanalında məlumat yayıb.

İstintaqın məlumatına görə, fərdi təsərrüfat ərazisində 2 yaş 10 aylıq qız uşağına çəpərdə olan ev iti hücum edib.

Uşağın qışqırtısını eşidən qızın anası iti qovub. Uşaq xəstəxanaya çatdırılsa da, qızı xilas etmək mümkün olmayıb.

Faktla bağlı ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsinin 1-ci hissəsi) ilə cinayət işi açılıb.

Yusif EYVAZLI