Zaxarova Rusiyanı Fikoya sui-qəsd cəhdində ittiham etməyi dəlilik adlandırdı
Slovakiyanın Baş naziri Robert Fikoya qarşı sui-qəsddə Rusiyanın əli olması ilə bağlı ittihamlar dəlilikdir.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz teleqram kanalında deyib.
“İngiltərənin “The Times” tabloidi hesab edir ki, Slovakiya Respublikası Hökumətinin sədri Robert Fikoya qarşı sui-qəsdin arxasında Rusiya dayanır. Köşə yazarı və nəşrin Bratislavadakı əməkdaşı Peter Konradi bu dəlilik hücumunu paylaşdı", - diplomat yazıb.
Turan İSMAYIL