Putin Rəisinin ölümünü böyük itki adlandırdı

 23:16 21.05.2024     239

Rusiya Prezidenti Vladimir Putin çox etibarlı tərəfdaş və sözünün adamı olan iranlı həmkarı İbrahim Rəisinin ölümünü böyük itki adlandırıb.

Redaktor.az bu barədə TASS-a istinadla xəbər verir.

“Həqiqətən də, prezident Rəisinin ölümü, ilk növbədə, İran dövləti, İran xalqı üçün böyük itkidir”, - Rusiya dövlət başçısı Rəisinin dəfninə görə İrana səfərə gedən Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşündə deyib. Putin ondan “bu faciə ilə bağlı səmimi başsağlığı sözlərini” çatdırmağı xahiş edib.

“Həqiqətən, o, çox etibarlı tərəfdaş, düz, özünə güvənən, milli maraqları rəhbər tutan bir insan idi, əlbəttə ki, sözünün adamı idi və onunla işləmək çox xoş idi. Nəzərə alın ki, əgər biz nəyisə razılaşdırsaq, hər zaman əmin ola bilərik ki, razılaşmalar həyata keçiriləcək”, - Rusiya lideri vurğulayıb. 

Turan İSMAYIL