ABŞ Böyük Britaniyaya iki B-52 strateji bombardmançı göndərdi

 23:37 21.05.2024     294

Birləşmiş Ştatlar Şimali Dakotadan Böyük Britaniyaya iki B-52 "Stratofortress" strateji bombardmançı təyyarə göndərib.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Hərbi Hava Qüvvələrinin generalı Patrik Rayder brifinqdə bildirib.

"ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki B-52 "Stratofortress" bombardmançı təyyarəsi və onların ekipajları bu həftə Birləşmiş Krallıqdakı Fairford Kral Hərbi Hava Qüvvələri Bazasında ABŞ-nin Avropa Komandanlığının əməliyyat bölgəsinə bombardmançı işçi qrupunun planlı şəkildə yerləşdirilməsinə başladılar. Bu təyyarələr Şimali Dakotadakı hava bazası NATO müttəfiqləri və regional tərəfdaşları ilə birlikdə təlim və əməliyyat tədbirləri keçirmək üçün çoxsaylı imkanlar verəcək”, - deyə general bildirib.

Turan İSMAYIL