“Aya çatmağı planlaşdırırıq” - Alper Gezeravcı

 23:58 21.05.2024     305

“Ölkəmizin imkanları ilə istehsal edilən raketi kosmosa daşıyan hərəkət sistemi ilə cəmi bir neçə ay ərzində Aya çatmağı planlaşdırırıq. Dediklərim utopik səslənə bilər, amma bu prosesin hazırlıq mərhələsi artıq başa çatıb”.

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcı “Sports Fest 2024” proqramında tələbələrlə görüşü zamanı deyib.

Gezeravcı bildirib ki, artıq razılaşmalar əldə olunub və hazırlıq prosesləri davam edir:

“İndi kosmosa çatan raket və təyyarələrimiz var. Bunu edən bir ölkəyə doğru irəliləməyə davam edirik. Eyni şəkildə Türkiyə son 15-20 ildə müxtəlif peyk buraxılışları ilə təcrübə qazanmış bir ölkədir. “TÜRKSAT 6A” peykimiz iyulun 8-i kosmosa buraxılacaq. Statistikalar layiq olduğumuz özümüzə inamı gücləndirmək üçün vacibdir”.