Bu gün Fələstini daha bir ölkə tanıyacaq
"Norveç hökuməti bu gün Fələstin ərazilərinin müstəqil dövlət kimi tanındığını elan edəcək".
Redaktor.az xəbər verir ki, bu barədə NRK telekanalı mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Norveçin baş naziri Jonas Qahr Store və xarici işlər naziri Espen Bart Eidenin mətbuat konfransında belə bir qərarı açıqlayacağı gözlənilir.
Humay İSGƏNDƏRLİ