"Sözün əsl mənasında şeytanlaşırlar" - Zaxarovadan Simonyana REAKSİYA
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Ermənistan parlamentinin sədri Alen Simonyanın erməni kilsəsindən vergi alınması ilə bağlı fikirlərinə münasibət bildirib.
Redaktor.az xəbər verir ki, Zaxarova öz telegram paylaşımında Simonyanın həmin çıxışı ilə Ukraynanın eks-prezidenti Petro Poroşenkonun Rus Pravoslav Kiləsisnə tabe olan Ukrayna Pravoslav Kilsəsinə tam qadağa qoyulması barədə təklifi ilə müqayisə edib.
“Niyə qərblilərin xidmət etməyə başladığı insanlar sözün əsl mənasında şeytanlaşırlar?”, - deyə XİN sözçüsü paylaşımında bildirib.