FTB ilə bağlı qalmaqallı iddia - "Trampı öldürmək üçün..."

 15:00 22.05.2024     278

"Federal Təhqiqatlar Bürosu (FTB) Trampı Floridadakı evində öldürməyi planlaşdırırdı".

Redaktor.az xəbər verir ki, bu iddia ilə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marcori Teylor Qrin çıxış edib.

O, bununla bağlı "X" hesabında paylaşım edib.

"Baydenin Ədliyyə Nazirliyi və Federal Təhqiqat Bürosu Prezident Donald Trampı öldürməyi planlaşdırırdı və bunu etmək üçün onlara "yaşıl işıq" verilmişdi", - deyə Marcori Teylor Qrin bildirib.

Respublikaçı konqresmen bu barədə 2022-ci ildə Trampın Mar-a-Laqo iqamətgahında axtarış apararkən FTB agentlərinin odlu silahlarının olduğu və bu silahlardan istifadə etmək icazələrinin olduğuna dair xəbərlərdən sonra bəyanat verib.