Silahlı şəxs küçədə iki qadını güllələdi

 16:50 22.05.2024     254

Gürcüstanın Rustavi şəhərində naməlum şəxs yoldan keçən iki qadına atəş açıb.

Redaktor.az-ın “ipn.ge”yə istinadən xəbərinə görə, nəticədə onlar hadisə yerində ölüb, yanlarındakı azyaşlı uşaq isə yaralanıb.

Yaralı dərhal xəstəxanaya aparılıb. İlkin araşdırma zamanı olayı 25-30 yaşlarında olan bir şəxsin törətdiyinə şübhələr müəyyən edilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxs qaçmaq istəyərkən saxlanılıb.