Kiyev üçün təhlükəsizlik sazişi üzərində iş yekunlaşır
Ukrayna prezidentinin ofisinin rəhbəri Andriy Ermak ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan ilə Kiyev üçün təhlükəsizlik təminatlarına dair sazişi müzakirə edib , üzərində işlər yekunlaşmaq üzrədir.
Redaktor.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, Zelenskinin ofisi məlumat yayıb.
Mətndə deyilir: “Biz Ukrayna və Birləşmiş Ştatlar arasında işlərin yekunlaşmaq üzrə olan təhlükəsizlik zəmanətləri haqqında sazişə xüsusi diqqət yetirdik”.
Humay İSGƏNDƏRLİ