Polşanı Rusiya "yandırır"?
Polşanın paytaxtı Varşavada böyük yanğınlar olub.
Redaktor.az xəbər verir ki, ölkə hakimiyyəti Rusiyanı Varşavada böyük ticarət mərkəzini yandırmaqda şübhəli bilir.
Baş nazir Donald Tusk keçirdiyi mətbuat konfransında ticarət mərkəzində baş verən yanğında Rusiya Federasiyasının əli ola biləcəyini açıqlayıb.
“Rusiya kəşfiyyat xidmətlərinin yanğınlarlarla əlaqəsinin ola biləcəyi versiyasını yoxlayırıq”, - Tusk deyib.
Lakin o, Rusiyanın iştirakına dair sübut təqdim etməyib.
Baş nazirin sözlərinə görə, Polşa təhlükəsizlik qüvvələri ölkədə təxribatı fəal şəkildə araşdırır.
Rusiyanın göstərişi ilə həyata keçirildiyi iddia edilən təxribatda əli olması şübhəsi ilə 9 nəfər həbs edilib. Onlara Rusiya xüsusi xidmət orqanlarının tapşırığıi ilə Polşada təxribatda bilavasitə iştirak etmək ittihamı irəli sürülüb,
Tusk qeyd edib ki,saxlanılanlar Ukrayna, Belarus və Polşa vətəndaşları və muzdlular, bəziləri kriminal aləmin nümayəndələridir.
Lakin Rusiyanın Varşavadakı səfirliyindən həbslərdən xəbərsiz olduqları bildirilib.
Sultan AYXAN