Keçmiş polis rəisi 72 yaşlı təqaüdçüyə təcavüz etdi

 19:34 22.05.2024     234

Moskva polisi 72 yaşlı pensiyaçını zorlayan Tacikistan vətəndaşını həbs edib.

Redaktor.az "mk.ru"ya istinadən xəbər verir ki, ölkəsində vaxtilə polis rəisi işləmiş 39 yaşlı Düşənbə sakini Moskvada fəhləlik edərkən 72 yaşlı pensiyaçı qadınla tanış olub. Aralarında ünsiyyət yaranandan sonra tacik qadının tez-tez evindəı qonaq olub.

Bu görüşlərin birində qadının təsadüfən şəxsi həyatının olmamasından, tənhalıqdan şikayətlənməsindən sonra cuşa gələn tacik biçaqla hədələyərək ona təcavüz edib.

Sağaldıqdan sonra təqaüdçü qadının polisə şikayətindən sonra tacik dərhal həbs edilib.

Məlum olub ki, hadisədən sonra o, yerli qocalar evində işə düzəlib.

Sultan AYXAN