Ukraynada gizli təlim bazaları məhv edildi

 19:51 22.05.2024     159

Rusiya ordusu xarici muzdluların Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə təlim keçdiyi gizli bazalarını məhv edib.

Redaktor.az xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” qəzeti yazır.

“Əlbəttə, başqa bazalar da var idi, lakin onlar Rusiya döyüş başlıqları tərəfindən məhv edilib”, - nəşr Ukraynalılar üçün təlim mərkəzi kimi xidmət edən Xarkov vilayətində hələ də mövcud olan belə bazalardan birini təsvir edərək etiraf edib.

Keçmiş britaniyalı əsgər Den Ridlinin müsahibəsində qeyd edib ki, Xarkov vilayətindəki bazanın fəaliyyəti Kiyev tərəfindən maliyyələşdirilmir.

Bundan əvvəl ABŞ dövlət katibinin siyasi məsələlər üzrə keçmiş müşaviri Viktoriya Nuland deyib ki, Ukrayna hərbçilərinin təlimi üçün NATO bazaları Ukraynada peyda olarsa, rus əsgərlərinin hədəfinə çevriləcək.

Sultan AYXAN