Avropa İttifaqı İrana qarşı sanksiyalar siyahısını genişləndirəcək
Aİ ölkələri 10 hüquqi və fiziki şəxsin İrana qarşı sanksiyalar siyahısına daxil edilməsinə razılıq verib.
Redaktor.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Reuters" məlumat yayıb.
Onların məlumatına görə, bu qərar İranın Yaxın Şərqdəki silahlı hərəkətləri, Qırmızı dəniz regionunda iğtişaşlarda iştirakı və Rusiyanın Ukraynadakı münaqişəyə dəstəyi ilə bağlıdır.
Sanksiyaların tətbiqinin dəqiq tarixi barədə məlumat verilmir.
Yusif EYVAZLI