Tramvay traktorla toqquşdu

 20:47 22.05.2024     187

Moskvanın şimal-şərqində tramvay traktorla toqquşub.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a əməliyyat xidmətlərindən məlumat verilib.

"Akademik Korolev küçəsində tramvay və traktorun iştirakı ilə qəza baş verib", - agentlik bildirib.

İlkin məlumata görə, tramvayda 10 nəfər olub - sərnişinlər xəsarət almayıb. 

Qəza baş verən ərazidə nəqliyyatın hərəkəti çətinləşib, yol xidmətləri hadisə yerindədir.

Yusif EYVAZLI