Qadınlar arasında mənəvi gözəllik yarışmasının qalibi o seçildi
Belçikada ölkənin mənəvi gözəl qadını üçün müsabiqə keçirilib və qalibin adı açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" məlumat verib.
Əsas meyarları bədən pozitivliyi və mənəvi gözəllik olan müsabiqədə 23-64 yaş arası 60 nəfər iştirak edib.
"Əsl gözəllik cəmiyyətin diktə etdiyinə uyğun gələn mükəmməl bədəndən deyil, hekayəni izah edən bədəndən gəlir", - deyə müsabiqəni təşkil edən qeyri-kommersiya təşkilatı "Top Women"ın təsisçisi, 56 yaşlı Nathalie De Reuck deyib.
Beləliklə ən daxili gözəl qadın Laurie Dreze seçilib.
Yusif EYVAZLI