Ukrayna Rusiya ərazisinə zərbələr endirməli olub-olmadığına özü qərar verir - Blinken

 23:05 22.05.2024     251

Ukrayna Rusiya ərazisinin dərinliklərində zərbələr endirməli olub-olmadığına özü qərar verir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Entoni Blinken deyib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə Dövlət Departamentinin rəhbəri “Ukraynadan kənarda hücumlara dəstək verməyə gəlincə, biz bunu etmədik” deyib.

Bununla belə, o, ABŞ hakimiyyətinin Ukrayna tərəfindən Amerika silahlarının istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa hazır olub-olmadığını izah etməkdən imtina edib.

"Ukrayna öz qərarlarını verməli olacaq", Blinken deyib.

Sonda o, Ukraynanın ehtiyac duyduğu müdafiə ləvazimatlarını alacağını da söyləyib.

Bundan bir qədər əvvəl bir qrup ABŞ konqresmeni ölkənin müdafiə naziri Lloyd Ostinə müraciət edərək, Ukrayna ordusunun Rusiya ərazisinə zərbələr endirmək üçün ötürülən Amerika silahlarından istifadə etməsinə icazə verilməsini istəyib.

Turan İSMAYIL