Blinken ABŞ və Aİ-nin Gürcüstana qarşı tədbir görmək niyyətində olduğunu açıqladı
ABŞ və Avropa İttifaqı Gürcüstanın xarici agentlər haqqında qanun layihəsinə görə ona qarşı tədbir görməyi planlaşdırır.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.
O, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin iclasında Gürcüstanda baxılan qanun layihəsini şərh edərkən deyib:
"Biz buna cavab olaraq nə edə biləcəyimizi çox diqqətlə nəzərdən keçiririk. Və mən tədbir görəcəyimizi gözləyirəm".
Blinkenin sözlərinə görə, Aİ Gürcüstanın üzvlük prosesinə təsirini öyrənir:
"Mən bundan sonra da tədbir görüləcəyini gözləyərdim”.
Turan İSMAYIL