“Bu, bütün regiona müsbət təsir göstərəcək”

 23:58 22.05.2024     332

“Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi imzalansa, təkcə iki ölkəyə deyil, bütün regiona müsbət təsir göstərəcək”.

Redaktor.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Milli Müdafiə Komissiyası sədrlərinin 1-ci toplantısında çıxışı zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

H. Fidan həmçinin Ermənistanın işğal etdiyi 4 kəndin Azərbaycana qaytarılmasını və Qazaxıstanın Almatı şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında keçirilən görüşün müsbət hal olduğunu bildirib.