Aİ Belarusa qarşı sanksiyaları sərtləşdirəcək
Avropa İttifaqı ölkələri Qərb mallarının Rusiyaya idxalını məhdudlaşdırmaq üçün Belarusa qarşı sanksiyaları sərtləşdirməyə hazırlaşır.
Redaktor.az xəbər verir ki, bu barədə “The Financial Times” qəbul edilmiş layihəyə istinadən məlumat yayıb.
Söhbət hərbi məqsədlər üçün istifadə oluna bilən texnologiyalardan və mallardan, həmçinin mayeləşdirilmiş təbii qazdan gedir.
Bundan əlavə, Aİ Belarusdan almaz idxalını dayandıracaq.
Humay İSGƏNDƏRLİ