Moskva Tokio ilə danışıqlardan imtina edir
Rəsmi Moskva anti-Rusiya siyasətinə görə Yaponiya ilə münasibətləri bərpa etmək üçün ilk addımı atmaq niyyətində deyil.
Redaktor.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin üçüncü Asiya departamentinin direktoru Lyudmila Vorobyova deyib.
Diplomat xatırladıb ki, bu ilin martında Yaponiya Rusiyaya qarşı 22-ci sanksiyalar paketini qəbul edib, onun tətbiq edilməsinin səbəbi iki ölkə arasındakı münasibətlərlə bağlı deyil.
Humay İSGƏNDƏRLİ