Moskvada dəhşətli yanğın - 6 nəfər öldü

 10:49 23.05.2024     218

Rusiyanın Moskva vilayətinin İstra rayonunda yerləşən bağçılıq qeyri-kommersiya cəmiyyətində (SNT) baş verən yanğın nəticəsində 6 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Bildirilib ki, yanğının sahəsi 80 kvadrat metr olub: "Yanğın nəticəsində 6 nəfər ölüb, 1 nəfər isə yaralanıb".