Güclü yağışlar iki nəfərin həyatına son qoydu
Musson yağışlarının başlaması Şri-Lankada ən azı iki nəfərin ölümünə səbəb olub, ölkənin 17 rayonunda hava şəraiti səbəbindən 67 865 nəfər zərər çəkib.
Redaktor.az xəbər verir ki, bu barədə Milli Fəlakətlərin İdarə Edilməsi Mərkəzi (DMC) məlumat yayıb.
Yağışlar 1410 evin dağıldığı Kolombo, Galle, Kandi və daha 7 böyük şəhərin əhalisinə ən çox ziyan vurub.
Sinoptiklərin məlumatına görə, həftənin sonunadək Qərb və Şimal-Qərb əyalətlərində, eləcə də Sabaraqamuva əyalətində leysan yağışları və 100 mm-dən 150 mm-ə qədər yağıntı gözlənilir. Onların hakimiyyət orqanları əhalini sürüşmə təhlükəsi, sürəti 70 km/saata çatan güclü külək və adanın sahillərində fırtınalı hava şəraiti barədə xəbərdar edib.
Turan İSMAYIL