Saakaşvili Avropa İnsan Haqları Məhkəməsində Gürcüstana uduzdu

 13:16 23.05.2024     181

Avropa İnsan Haqları Məhkəməsində “Saakaşvili Gürcüstana qarşı” işi üzrə Gürcüstan qalib gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze “Facebook”da məlumat paylaşıb.

 

O, əlavə məlumatın tezliklə ictimaiyyətlə paylaşılacağını qeyd edib.

“Strasburq məhkəməsində “Saakaşvili-Gürcüstana qarşı” işi dövlətimizin tam qələbəsi ilə başa çatıb! Təfərrüatlar barədə tezliklə ictimaiyyətə məlumat verəcəyik”, - Breqadze bildirib.