Rusiya Norveçin rusiyalı turistlərin ölkəyə girişini qadağan etmək qərarına cavab verəcək

 13:20 23.05.2024     209

Rusiya Norveçin rusiyalı turistlərin ölkəyə girişinə qadağa qoymasına qarşı cavab tədbirləri görəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Kremlin sözçüsü Norveçin Rusiya Federasiyasından gələn turistlərin ölkəyə girişini qadağan etmək qərarını şərh edərkən deyib:

“Əlbəttə, belə qərarlar cavabsız qala bilməz. Biz belə bir qərarı qəbul etmirik və təəssüf edirik ki, Norveç rəhbərliyi son vaxtlar keyfiyyəti ilə parlamayan ikitərəfli münasibətlərimizi pisləşdirmək üçün bu yolu seçib".

Qeyd edək ki, bundan əvvəl Norveç hökuməti mayın 29-dan etibarən Norveçin turizm məqsədilə ölkəyə gələn rusların ölkəyə girişinə qadağa qoyacağını bildirən bəyanat yaymışdı.

Turan İSMAYIL