Rusiyanın Ədliyyə Nazirliyi özbək icmasını ləğv etdi
Volqoqrad vilayətinin məhkəməsi Rusiya Ədliyyə Nazirliyinin regional idarəsinin tələbi ilə Volqoqradın “Özbək icması” ictimai təşkilatını əcnəbi şəxslərdən gələn gəlirlər barədə məlumat vermədiyinə görə ləğv edib.
Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Volqoqrad vilayətinin “Özbək icması” özbəklər birliyinin Volqoqrad regional ictimai təşkilatı ləğv edilsin və məlumatlar hüquqi şəxslərin dövlət reyestrindən çıxarılsın”, – vilayətin Qorodişçe rayon məhkəməsinin qərarında deyilir.
Məhkəmə sənədlərindən belə çıxır ki, Volqoqrad “Özbək icması”nın mühasibat sənədlərinin yoxlanılması zamanı qurumun beynəlxalq və xarici təşkilatlardan, xarici fiziki şəxslərdən və vətəndaşlığı olmayan şəxslərdən daxil olan vəsaitlərin və əmlakın məbləği barədə hesabat təqdim etmədiyi məlum olub.
Məlumata görə, 4 dekabr 2023-cü il tarixində Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Volqoqrad vilayəti üzrə İdarəsi ictimai təşkilata lazımi məlumatları təqdim etmək tələbi ilə xəbərdarlıq göndərib, lakin bu hələ yerinə yetirilməyib.
Turan İSMAYIL