ABŞ bütün dünyada Rusiyaya dəstək verən şirkətlərə təzyiq edəcək

 13:42 23.05.2024     217

Vaşinqton bütün dünyada Rusiyaya hərbi dəstək verdiyi iddia edilən şirkətlərə və maliyyə institutlarına təzyiq göstərməyə davam edəcək.

Redaktor.az xəbər verir ki, bunu İtaliyanın Stresa şəhərində “Yeddilik” ölkələrinin maliyyə departamentləri rəhbərlərinin görüşü ərəfəsində ABŞ-nin maliyyə naziri Canet Yellen deyib.

“Birləşmiş Ştatlar Çində, eləcə də digər ölkələrdəki firma və maliyyə institutlarına Rusiya müdafiə sənayesi kompleksinə dəstəyini dayandırmaq üçün təzyiq göstərməyə davam edəcək”, - o deyib.

Onun çıxışı ABŞ Maliyyə Nazirliyinin "YouTube" kanalında yayımlanıb.

Turan İSMAYIL