Rusiyadan Almaniyaya sərt etiraz: "Bu, əxlaqsızlıqdır"

 14:23 23.05.2024     206

Rusiya Almaniya hakimiyyətinin Leninqradın blokadasını SSRİ xalqının soyqırımı kimi tanımaqdan imtina etməsi ilə bağlı mövqeyini pisləyir və rədd edir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.

“Almaniya hakimiyyəti Böyük Vətən Müharibəsi illərində SSRİ-də Üçüncü Reyxin törətdiyi bəşəriyyətə qarşı cinayətləri Sovet İttifaqı xalqlarının soyqırımı aktları kimi rəsmən tanımaqdan inadla imtina edir, ilk növbədə, Leninqradın blokadasını tanımaqdan imtina edir. Beləliklə, bu, Almaniya Xarici İşlər Nazirliyinin Rusiya tərəfinin müvafiq tələbi ilə Almaniyadakı səfirliyinin notasına verdiyi son cavabdan irəli gəlir. Biiz bu məsələ ilə bağlı Almaniya hakimiyyətinin mövqeyini qətiyyətlə pisləyirik və rədd edirik; bu güclü ikrah hissi doğurur, çünki bu, əxlaqsızlıqdır”, - diplomat bildirib.

Turan İSMAYIL