Baş nazirə qarşı sui-qəsdin hazırlanmasının təfərrüatları məlum oldu
Slovakiyanın Baş naziri Robert Fikonu güllələyən Juraj Tsintula cinayəti sui-qəsddən iki gün əvvəl planlaşdırıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Pravda” məhkəmə materiallarına istinadən xəbər verir.
Nəşr vurğulayır ki, Tsintula sui-qəsd üçün Çexiya istehsalı olan CZ-75 tapançası üçün iki maqazin hazırlayıb.
Nəşr qeyd edir ki, dindirmə zamanı hücumçu bildirib ki, o, yalnız Fikonun sağlamlığına zərər vurmaq niyyətində olub ki, o, Slovakiyanın baş naziri postunu tuta bilməsin.
Bundan əvvəl məlum olub ki, Slovakiyanın Baş naziri Robert Fikonun həyatına qəsd edən 71 yaşlı Juraj Tsintulanın maraqlarını başqa bir vəkil təmsil edəcək.
Xatırladaq ki, Slovakiyanın baş nazirinə sui-qəsd mayın 15-də baş verib. Siyasətçi Nazirlər Kabinetinin iclasından sonra küçədə tərəfdarları ilə söhbət edib. 71 yaşlı Tsintula tapança ilə Fikoya 5 atəş açıb və saxlanılıb. Baş nazir sinə, bud və mədəsindən yaralanıb. O, helikopterlə Bratislavadakı xəstəxanaya aparılıb. Sonradan məlum olub ki, baş nazirin həyatı üçün təhlükə yoxdur.
Turan İSMAYIL