Zelenskinin legitimliyini ukraynalılar özləri müəyyən etməlidirlər - Peskov
Ukrayna Prezidenti Vladimir Zelenskinin legitimliyini ölkə vətəndaşları özləri müəyyən etməlidir - məhkəmə qərarı və ya başqa yolla.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın bu mövqeyi ilə bağlı Kremldə jurnalistlərə açıqlama verib.
"Ukraynalılar özləri qərar verməlidirlər - Konstitusiya Məhkəməsi və ya nə qərar versələr, - Zelenskinin legitimliyinin qorunub saxlanıb-saxlanılmaması barədə qərar verməlidir", - Kreml nümayəndəsi deyib.
Turan İSMAYIL