"Rusiya SSRİ-nin hüquqi varisi olmaqla Fələstinin müstəqilliyini tanıyır" - Kreml

 16:41 23.05.2024     220

Rusiya SSRİ-nin hüquqi varisi olmaqla Fələstinin müstəqilliyini tanıyır və beləliklə, dünyanın bir sıra ölkələrinin də eyni qərarla bağlı qərarını qəbul edir.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bunu Kremldə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Biz bunu Sovet İttifaqının Fələstini müstəqil dövlət kimi tanıması kontekstində nəzərdən keçiririk", - Kreml nümayəndəsi qeyd edib: "Və Rusiya Sovet İttifaqının hüquqi varisi kimi bu mövqeyini qoruyur".

Xatırladaq ki, mayın 23-də İrlandiya, İspaniya və Norveç Fələstinin müstəqilliyini tanıdıqlarını bəyan ediblər. 

Turan İSMAYIL