İbrahim Rəisi bu şəhərdə dəfn ediləcək
Helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin Məşhəd şəhərində dəfn mərasimi başlayıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, SNN telekanalı dəfn mərasimini canlı yayımlayır.
Cənubi Xorasan əyalətinin Bircend şəhərində keçirilən vida mərasimindən sonra İ.Rəisinin tabutu Məşhədə çatdırılıb.
IRNA-nın verdiyi məlumata görə, Məşhəd şəhərinin küçələrində 3 milyona yaxın insan toplaşıb.