Bu ölkənin prezidenti motosiklet sürərkən xəsarət aldı

 22:51 23.05.2024     326

Çex Prezidenti Petr Pavel motosiklet sürərkən xəsarət alıb və o, Praqada Mərkəzi Hərbi Hospitalda müalicə olunur.

Redaktor.az xəbər verir ki, bu barədə dövlət başçısının administrasiyası "X" (keçmiş "Twitter") səhifəsində məlumat yayıb.

"Respublika prezidenti motosiklet sürərkən xəsarət alıb. Onun xəsarətləri ciddi deyil, lakin buna görə Mərkəzi Hərbi Hospitalda qısamüddətli müşahidə tələb olunur", - açıqlamada deyilir.

Dövlət başçısının administrasiyası bundan sonra baş verənlərlə bağlı ictimaiyyətə daha ətraflı məlumat vermək niyyətindədir.

Bu il 63 yaşı tamam olacaq Pavel avtomobil idmanının ehtiraslı həvəskarıdır. Boş vaxtlarında motosiklet sürməyi xoşlayır. Çex ordusunun istefada olan generalı olan prezident, həkimlərin fikrincə, əla fiziki formadadır.

Turan İSMAYIL