İstanbulda kafeyə silahlı basqın - ölən və yaralananlar var

 23:15 23.05.2024     403

Türkiyənin İstanbul şəhərində kafeyə silahlı basqın olub.

Redaktor.az bu barədə “Haber Global”a istinadən xəbər verir.

Qeyd olunub ki, Üsküdar rayonunda qeydə alınan hücum nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub, hadisə ilə bağlı araşdırma aparılır.