Bayden bu ölkəni NATO-dan kənar ABŞ-nin əsas müttəfiqi elan etdi
ABŞ Prezidenti Co Bayden Konqresi Keniyaya Şimali Atlantika Alyansı xaricində əsas müttəfiq statusu vermək planları barədə məlumat verib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
“Mən Keniyanı NATO-dan kənar əsas müttəfiqlərimiz sırasına daxil etmək niyyətimi elan edirəm. Mən bu qərarı Keniyanın ABŞ-nin Afrika Komandanlığının məsuliyyət zonasında və bütün dünyada illər ərzində göstərdiyi yardımın tanınması və Keniya Hökuməti ilə ikitərəfli müdafiə və təhlükəsizlik əməkdaşlığının dərinləşdirilməsinin öz milli maraqlarımıza uyğun olduğunu qəbul edərək qəbul etdim", - deyə Bayden vurğulayıb.
Turan İSMAYIL