Rəisinin helikopteri ilə bağlı araşdırmanın ilkin nəticələri açıqlandı - güllə izləri...

 23:56 23.05.2024     526

İran Silahlı Qüvvələrinin Baş Qərargahı Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin nəticələrini dərc edib.

Redaktor.az bu barədə TASS-a istinadla xəbər verir.

Məlumata görə, Rəisinin qəzaya uğrayan helikopterinin gövdəsində güllə zərbəsinin izləri aşkar edilməyib.

“Qəzaya uğrayan helikopterin gövdəsinə güllə və ya oxşar vasitələrin təsirinin izləri yox idi”, - İRİB telekanalı bəyanatın mətnindən sitat gətirib.

Turan İSMAYIL