Rəisinin helikopterinin pilotu qəzadan sonra bunu edibmiş - AÇIQLAMA
İran Prezidenti İbrahim Rəisinin helikopterinin gövdəsi yalnız dağın səthi ilə toqquşduqdan sonra alovlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının ictimaiyyətlə əlaqələr mərkəzinin bəyanatında deyilir.
“Əminliklə deyə bilərik ki, qəzaya uğrayan helikopter təpə ilə toqquşduqdan sonra alovlanıb”, - İRİB telekanalı bəyanatın mətnindən sitat gətirir.
Qeyd olunur ki, qəzadan sonra qəzaya uğrayan təyyarənin pilotu prezident nümayəndə heyətinin qalan üzvlərini daşıyan digər iki helikopterin pilotları ilə əlaqə saxlaya bilib.
Baş Qərargah əlavə edib ki, Rəisiyə məxsus helikopterin axtarışları “duman, soyuq və çətin relyefə görə gecə boyu uzanıb”.
Nəticədə, "bazar ertəsi saat 05:00-da (Bakı vaxtı ilə 05:30 - red.) qəza yerini İranın pilotsuz təyyarəsi tapıb".
Turan İSMAYIL