Əfqanıstanda silahlıların cəmləşməsi MDB üçün təhdiddir

 09:48 24.05.2024     216

Əfqanıstanın şimal rayonlarında terrorçu qrupların sayının artması MDB-yə üzv dövlətlərin cənub sərhədlərinin təhlükəsizliyinə real təhlükə yaradır.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu Bişkekdə Birliyə üzv ölkələrin təhlükəsizlik orqanları rəhbərlərinin görüşündə Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyev deyib.

Taşiyevin sözlərinə görə, terrorçu qruplaşmalar yerləşdikləri yerdən asılı olmayaraq, demək olar ki, bütün dünya dövlətlərini təhdid edir.

Humay İSGƏNDƏRLİ