Almaniya Netanyahunu həbs edəcək
Almaniya İsrailin baş naziri Benyamin Netanyahunu Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) onun barəsində həbs qərarı çıxarmasından sonra Almaniyaya gələcəyi təqdirdə həbs edəcəyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, Almaniya kansleri Olaf Şoltsun sözçüsü vurğulayıb ki, Berlin məhkəmənin “fundamental” tərəfdarı olduğu və “qanunlara hörmətlə yanaşacağı” üçün Beynəlxalq Məhkəmənin mümkün qərarını əlbəttə yerinə yetirəcək.
Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan bu həftə Netanyahu, müdafiə naziri Yoav Qalant və Həmas liderləri üçün Qəzza zolağında “yeddi aylıq müharibə zamanı insanlığa qarşı cinayətlər və müharibə cinayətləri”nə görə həbsə order verilməsini istəyib. Berlinin İsrail və HƏMAS-a qarşı ittihamların irəli sürülməsinin qəbuledilməzliyi ilə bağlı tənqidinə baxmayaraq, Almaniya Xarici İşlər Nazirliyi BCM-nin müstəqilliyinə və prosedurlarına hörmət etdiyini bildirib. Müxalifətdə olan CDM partiyası hökumətin mövqeyini pisləyib və bunu qalmaqallı kimi qiymətləndirib.