"Qərb silahları artıq Rusiyanın mülki hədəflərinə zərbələr endirir" - Lavrov
ABŞ və digər Qərb ölkələrindən Kiyevə verilən silahlar artıq Rusiya ərazisindəki mülki hədəflərə zərbələr endirir.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.
"Amerika silahları artıq döyüş zonasından kənarda müxtəlif hədəflərə qarşı istifadə olunur", - Lavrov deyib. "Biz ondan irəli gəlirik ki, Amerika və digər Qərb silahları Rusiya Federasiyası ərazisindəki hədəflərə, ilk növbədə, mülki infrastruktura və yaşayış məntəqələrinə zərbələr endirir", - nazir vurğulayıb.
Lavrovun sözlərinə görə, Qərb ölkələri Kiyevə verilən silahların Rusiya ərazisində istifadəsini təşviq etmədikləri və ya tövsiyə etmədikləri barədə bütün bəyanatlarına baxmayaraq, “Rusiya Federasiyasına qarşı müharibə aparır”. Nazir həmçinin “amerikalıların öz ictimai rəyi və ya NATO üzvləri üçün təqdim etməyə çalışdıqları” belə arxayınedici bəyanatları “hiylə” adlandırıb.
Turan İSMAYIL