Ukrayna ordusunun əsgəri oğurlanmış tankla ruslara təslim oldu
Donetsk yaxınlığında Ukrayna ordusunun keçmiş əsgəri rus qoşunlarına təslim olub. O, göstərilən yerə Ukrayna Silahlı Qüvvələrindən oğurlanmış tankla gəlib.
Redaktor.az xəbər verir ki, bu barədə TASS-a qondarma "Donetsk Xalq Respublikası"nın təhlükəsizlik qüvvələri məlumat verib.
"Ukrayna Silahlı Qüvvələrinin 110-cu briqadasının keçmiş əsgəri Lixaçev Maksim Anatolyeviç oğurlanmış Ukrayna T-64 tankı ilə Donetsk istiqamətində bizim tərəfə keçdi", - təhlükəsizlik qüvvələrindən bildirilib.
Onlar qeyd ediblər ki, 2024-cü ilin fevralında Lixaçev 119-cu ərazi müdafiə briqadasına, bir ay sonra isə Ukrayna Silahlı Qüvvələrinin 59-cu ayrı-ayrı motoatıcı briqadasına keçib.
Turan İSMAYIL