"ABŞ-nin sanksiyaları Gürcüstanın suverenliyini məhdudlaşdırmaq cəhdidir" - “Gürcü arzusu"

 15:30 24.05.2024     217

"ABŞ-nin xarici agentlər haqqında qanunun qəbulu ilə əlaqədar Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etmək qərarı Gürcüstanın suverenliyini məhdudlaşdırmaq cəhdidir".

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının siyasi şurasının yaydığı bəyanatda deyilir. 

"ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatı və viza məhdudiyyətləri ilə şantaj Gürcüstanın müstəqilliyini və suverenliyini məhdudlaşdırmaq üçün kobud cəhddən başqa bir şey deyil" -, mətndə deyilir.

Partiya bəyan edib ki, azyaşlılar da daxil olmaqla, siyasətçilərin ailə üzvlərinə sanksiyaların tətbiqi qərarı bir çox ölkələrdə, o cümlədən Avropa ölkələrində çoxdan tərk edilmiş təcrübədir. “Gürcü arzusu” ABŞ-nin seçdiyi sanksiyalar formasını “faşist-bolşevik” adlandıraraq, Gürcüstana qarşı şantaj və təhdid siyasətinin strateji tərəfdaşlıq ruhuna uyğun olmadığını vurğulayıb.

“Bir daha açıq şəkildə qeyd etmək istərdik ki, biz ölkəmizin suverenliyini və təhlükəsizliyini alver etmək fikrində deyilik onlar”, - açıqlamada vurğulanır.

Bundan əvvəl Blinken bildirib ki, ABŞ administrasiyası Gürcüstanda qəbul edilən xarici agentlər haqqında qanunla bağlı Vaşinqton və Tbilisi arasında ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirilməsinə başlayır. Bundan əlavə, ABŞ Dövlət Departamenti “Gürcüstanda demokratiyanın pozulmasına görə məsuliyyət daşıyanlara” və onların ailə üzvlərinə qarşı yeni viza məhdudiyyətləri siyasəti tətbiq edir.

Xatırladaq ki, mayın 14-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanunu üçüncü oxunuşda qəbul edib və bu qanun Avropa İttifaqının ölkənin cəmiyyətə inteqrasiyasını dayandırmaq təhlükəsi ilə bağlı sərt bəyanatlarına səbəb olub. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen bildirib ki, Gürcüstanda demokratiyaya zərbə vurularsa, ABŞ Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edəcək. Respublika Prezidenti Salome Zurabişvili mayın 18-də qanuna veto qoyub, lakin parlamentin spikeri Şalva Papuaşvilinin sözlərinə görə, deputatlar bunun öhdəsindən gəlmək niyyətindədirlər. Veto ilə bağlı parlamentdə səsvermə gələn həftə keçiriləcək.

Turan İSMAYIL