Beynəlxalq Ədalət Məhkəməsi İsrailin Rəfahdakı hücumunu dayandırması barədə qərar qəbul ETDİ

 18:06 24.05.2024     249

Beynəlxalq Ədalət Məhkəməsi qərar verib ki, İsrail Fələstin əhalisinə yardım göstərmək üçün Rəfahdakı hərbi hücumunu dayandırmalı və Rəfah keçidini açıq saxlamalıdır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, qərarı iclasda məhkəmənin sədri Nəvaf Salam elan edib.

"İsrail, soyqırım konvensiyasından irəli gələn öhdəliklərinə uyğun olaraq, Rəfahdakı hərbi hücumu və şəhər əhalisinə mənfi təsir göstərə biləcək hər hansı digər hərəkətləri dərhal dayandırmalıdır", - o deyib.

Qərara əsasən, İsrail fələstinlilərə humanitar yardım göstərmək üçün Rəfah keçidini də açıq saxlamalı və müstəntiqlər və faktaraşdırıcı missiyalar üçün Qəzza zolağına maneəsiz girişi təmin etmək üçün tədbirlər görməlidir.

Turan İSMAYIL