İrəvan Rusiyanın Ermənistandakı səfirinin geri çağırılmasını şərh etmədi

 18:16 24.05.2024     273

Ermənistan Xarici İşlər Nazirliyi Rusiya tərəfinin Ermənistandakı səfiri Sergey Kopırkini məsləhətləşmələr üçün çağırmaq qərarına münasibət bildirməyib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

“Bu, Rusiya tərəfinin qərarıdır, şərhimiz yoxdur”, - o qeyd edib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, mayın 24-də Rusiyanın Ermənistandakı səfiri məsləhətləşmələr üçün Moskvaya çağırılıb.

Turan İSMAYIL