Lukaşenko Rəisinin ölümündə səbəbkarı açıqladı: "Onların günahıdır"

 20:29 24.05.2024     345

Belarus lideri Aleksandr Lukaşenko İran Prezidenti İbrahim Rəisinin faciəli şəkildə ölümündə ABŞ-nin sanksiya siyasətinin rol oynadığını bildirib.

Redaktor.az bu barədə “BelTA”ya istinadla xəbər verir.

Onun sözlərinə görə, Vaşinqtonun məhdudlaşdırıcı tədbirləri, xüsusən də İran liderinin helikopterinin texniki xidmətinə mane olub.

“ABŞ-nin iyrənc siyasəti buna səbəb oldu. İlk növbədə, sanksiyalar. Onların adam daşıyan təyyarələrə qarşı sanksiya tətbiq etməyə haqqı yox idi. Bu da onların günahıdır. Onlar bu helikopterə xidmət göstərməyi qadağan ediblər”, - Lukaşenko qeyd edib.

 O, əlavə edib ki, bu barədə Belarus Prezidenti kimi deyil, ilk növbədə adi insan kimi danışır.