"Xarici agentlər" qanununa etiraz edənlər Tiflisdə yürüşə çıxdılar
Gürcüstan vətəndaşları Tiflisdə "xarici agentlər” haqqında qanuna qarşı yürüş keçirib.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, yürüşün keçirildiyi küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Bildirilib ki, ölkə vətəndaşları, o cümlədən müxtəlif universitetlərin tələbələri Azadlıq meydanından Daxili İşlər Nazirliyinin binasına doğru yürüşdə iştirak ediblər.